26
10:35
26 Yanvar 2016

Güclü qar Zaqatalanın 14 kəndini işıqsız qoydu

Şimal-qərb bölgəsinə yağan qar ciddi fəsadlar törədib. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, fasiləsiz yağan qar nəticəsində yollar buz bağlayıb, bəzi ərazilərdə elektrik naqilləri qırılıb. Nəticədə bölgənin rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Hazırda Zaqatalanın 14 kəndində elektrik enerjisi yoxdur.

Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, aidiyyəti qurumlar yolları qardan təmizləyir və elektrik enerjisinin verilişində problemlər yaranmış kəndlərdə bərpa işləri davam etdirilir.

Hazırda şimal-qərb bölgəsində qarın yağması davam edir. Qarın qalınlığı düzənlik ərazilərdə 40-50 sm, dağlıq və dağəti ərazilərdə isə 60-70 sm-ə çatıb.