46
10:12
26 Yanvar 2016

Yol polisindən yollardakı vəziyyətlə bağlı AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi ölkə yollarındakı vəziyyətlə bağlı açıqlama verib. İdarədən Lent.az -a bildirilib ki, hazırda respublikanın əsas magistrallarında hərəkət sərbəstdir və buzlaşma yoxdur.

Qeyd edək ki, şənbə günündən başlayaraq ölkədə hava şəraiti kəskinləşib. Bu gecə isə ölkənin əksər ərazilərinə qar yağıb.