23
04:32
26 Yanvar 2016

Masallıda 3 otaqlı ev yandı

Masallıda yanğın hadisəsi qeydə alınıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.