38
01:43
26 Yanvar 2016

Səyyah Antarktidanı təkbaşına keçə bilmədi...

Antarktidanı təkbaşına keçmək istəyən britaniyalı tədqiqatçı Henri Uorsli son məntəqəyə 50 km qalmış həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Guardian" qəzetində yer alıb.

Qəzet mərhumun qohumlarına istinadən bildirir ki, britaniyalı zabit səfərə çıxdıqdan 71 gün sonra SOS siqnalı verib. Buna səbəb orqanizmin həddən artıq gücdən düşməsi olub.

Yanvarın 22-də 55 yaşlı britaniyalı helikopter vastəsi ilə Çilinin Punta-Arenas şəhərindəki xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bütün bunlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.