34
01:18
26 Yanvar 2016

Buffon karyerasını bitirəcəyi tarixi açıqladı

İtaliyanın əfsanəvi qapıçısı Canluici Buffon 2018-ci il Dünya çempionatından sonra karyerasını bitirəcəyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə Goal.com məlumat yayıb.

“Növbəti dünya çempionatında iştirak etməyə çalışacam. Sonra isə karyeramı bitirmək vaxtı gələcək. Şübhəsiz ki, bu, Rusiyada keçiriləcək Dünya çempionatından sonra baş verəcək”, deyə C.Buffon bildirib.