38
18:47
25 Yanvar 2016

Təhsil alanlara ŞAD XƏBƏR: Təqaüdlər artırıldı

Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalanıb.

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılmasıilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırılıb