36
17:35
25 Yanvar 2016

Nazirlik şagirdi döyən müəllimin işini...məktəbə tapşırdı

Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb.

Abşeron Rayon Təhsil Şöbəsindən Lent.az - a verilən məlumata görə, baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.

Pedaqoji Şuranın qəbul etdiyi qərarla bağlı əlavə məlumat veriləcək.