44
15:59
25 Yanvar 2016

Məhkəmə Fuad Qəhrəmanlını həbsdə saxladı

Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatətə baxılıb.

Lent.az -ın məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.

Qeyd edək ki, Fuad Qəhrəmanlı keçən il dekabrın 8-də Nəsimi Rayon Məhkəməsində onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, yanvarın 22-də keçirilən prosesdə müdafiə tərəfi hakim Şəlalə Həsənovanın məhkəməyə sədrlik etməsinə etiraz edərək vəsatət qaldırıblar. Fuad Qəhrəmanlının barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarı Şəlalə Həsənova verdiyi üçün müdafiəçilər yenidən həmin hakimin işə baxmasını istəməyiblər. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb