40
15:47
25 Yanvar 2016

Prezident İlham Əliyev özünə yeni köməkçi təyin etdi

Prezident İlham Əliyev Prezidentin İqtisadi islahatlar üzrə köməkçisinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, N.Əmirov vergilər nazirinin birinci müavini vəzifəsini tutur.