26
13:57
25 Yanvar 2016

Sumqayıtda qadını öldürüb, qaçan şəxs saxlanıldı

Sumqayıtda qadını öldürüb hadisə yerindən qaçan şəxs tapılıb.

Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 22-də Sumqayıt şəhər sakini Səbinə Salayevanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Cəfər Ağayev tutulub.

Faktla bağlı araşdırma aparılır.