20
13:27
25 Yanvar 2016

Sumqayıtda şirkətdən oğurluq: 3 nəfər həbs edildi

Sumqayıtda şirkətdən oğurluq edən şəxslər həbs edilib.

Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də “Murad Aqro” MMC-nin inzibati binasından 45 manat və görüntü kamerasının yaddaş qurğusunu oğurlamış şəhər sakinləri Samir Nəcəfov, Elşad Həsənov və Şabran rayon sakini Paşa Əkbərov tutulublar.

S.Nəcəfovun və E.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün Famil Rəhimova məxsus mağazadan 5985 manat oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.