35
12:24
25 Yanvar 2016

Almaz Sevda, Gülay və Günayın efirdə göstərilməsinə etiraz etdi

Əməkdar artist Almaz Ələsgərli “Ondan sonra” verilişində qonaq olub. Lent.az -ın məlumatına görə, verilişdə illərdi sənətdə olan müğənnilər arxiv video-görüntüləri nümayiş olunub. Lakin müğənni Gülay Zeynallı, Günay İbrahimli və Sevda Yahyayevanının illər öncə çəkilmiş kliplərinin verilişdə göstərilməsi A. Ələsgərlinin ürəyincə olmayıb: “Ümumiyyətlə o vaxtın müğənnilərindən görüntülər versəydiniz, fərq bilinərdi. Bunlarda fərq heç bilinmir. Yəni reklam üçün bunları verməsinlər. Bir sözlə bu üç müğənnini başa düşmədim. Çünki səhnə fəaliyyətləri elə də çox deyil. Çox az müddətdir ki, efirə çıxıblar. Lap keçmiş müğənnilərimizin arxiv videolarını versəniz, yaxşı olar. Bunlara hələ oxumaq üçün əsrlər lazımdı”.

Qeyd edək ki, veriliş zamanı xalq artistləri İlhamə Quliyeva, Flora Kərimova, Aygün Kazımova, Brilliant Dadaşova, əməkdar artistlər Tünzalə Ağayeva, Almaz Ələsgərli, müğənnilər Nadir Qafarzadə, İzzət Bağırzadənin və digər tanınmışların sənətə gəldikləri illərdəki görüntüləri təqdim olunub.