22
23:53
24 Yanvar 2016

Xaçmazda küçədə qadın meyiti tapılıb - YENİLƏNİB

Xaçmaz şəhərində qadın meyiti tapılıb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, ilkin araşdırma zamanı meyitin 1967-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Şıxnebiyeva Ziyafət Sabir qızı olduğu məlum olub.


Faktla bağlı araşdırma aparılır.

***

21:21

Xaçmaz şəhərində qadın meyiti tapılıb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Bakı prospektində aşkar edilmiş 35 -40 yaşlı qadın cəsədinin şəxsiyyəti hələ ki məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.