17
16:25
24 Yanvar 2016

Bakıda avtomobil körpüyə çırpıldı

Bakıda yol nəqliyyat hadisəsi baş verib. Lent.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Bağırov körpüsünün altında qeydə alınıb.
İlkin məlumata görə, "Kia" markalı avtomobil yüksək sürət nəticəsində idarəetməni itirərək körpünün kənarına çırpılıb.
Hadisə zamanı ölən və yaralananlar olmasa da avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.