30
14:41
24 Yanvar 2016

İstanbulun mərkəzində 7 avtomobil yandırılıb

Türkiyədə terrorçular ictimai asayişi pozmaqla insanları təşviş içində saxlamağa çalışır. Lent.az -ın məlumatına görə, son olaraq dünən gecə İstanbulun Fatih rayonunun Qumqapı məhəlləsində terrorçular tərəfindən 7 avtomobil yandırılıb.

Belə ki, terrorçular yol kənarında park edilmiş avtomobillərin üstünə benzin tökərək od vurulublar.

Qeyd edək ki, bundan əvvəl Bəyoğlu məhəlləsində ayrı-ayrı vaxtlarda avtomobilləri yandıran bir qurub PKK üzvü İstanbul polisi tərəfindən zərərsizləşdirilmişdi.