30
14:10
24 Yanvar 2016

Bakının mərkəzində Türkiyə vətəndaşının çənəsini sındırdılar

Bakıda Türkiyə vətəndaşları arasında dava-dalaş olub. Lent.az -ın məlumatına görə, Puşkin küçəsi 10 ünvanında yerləşən "Doner House" kafesində Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Kutlu Gökan Osman oğlu ilə kafenin icarədarı olan Tuqay adlı şəxs arasında münqaişə yaranıb. Dava-dalaş zamanı həmin şəxs G.Kutlunun çənəsinə zərbə endirərək mona xəsarət yetirib.

Bildirilir ki, hadisə borc pul üstündə baş verib.

Polisə müraciət edən G.Kutlu onu vuran şəxsin cəzalandırılmasını tələb edib.