34
06:54
24 Yanvar 2016

Karib dənizində gəmi batıb, 13 turist ölüb

Nikaraqua sahillərində göyərtəsində Mərkəzi Amerika və ABŞ turistlərinin olduğu gəmi batıb, nəticədə 13 nəfər ölüb. APA -nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Kosta-Rika vətəndaşlarıdır.

Qəza Karib dənizində, Litl Korn Aylend adasl yaxınlığında baş verib.

Gəmini göyərtəsində 32 turist olub, onlardan 19 nəfəri xilas etmək mümkün olub.