40
19:27
23 Yanvar 2016

Mübariz Tağıyev: "Elgizin ixtiyarı çatmır ki..."

Aparıcı Elgiz Əkbərin xalq artisti Mübariz Tağıyev barəsində dediyi “Ədalətsiz insandır” sözü cavabsız qalmayıb. Lent.az -a açıqlama verən M.Tağıyev bildirib ki, Elgizin fikri əsas deyil: “Müsabiqədə jüri olan gündən heç bir iştirakçıya deməmişəm ki, “məni seç”. Xoşuma gələn ifaçı olubsa, seçmişəm. Elgiz indi mənim barəmdə deyib ki, “Ədalətsiz insandır”. Bu onun öz fikridir. Elgiz kimilər ola bilsin ki, çox olsunlar. Onun əksinə fikir söyləyənlər də ola bilər. Qətiyyən onun ixtiyarı çatmır ki, mənə “Ədalətsiz insan” desin. Bu sözü musiqi ilə anlayışı olan bir insan desəydi, bir az başqa cür cavab verərdim. Ancaq ki... Elgizdi də. O, da bir tamaşaçıdır, öz fikrində qalsın”.

Qeyd edək ki, Səs Azərbaycan" layihəsində "Döyüşlər" mərhələsində xalq artisti M.Tağıyev tələbəsi Natella Mixaylovanı yox, Ozan Əhmədovu seçməsi E.Əkbərin etirazına səbəb olmuşdu. Aparıcı xalq artisinin ünvanına bu sözləri demişdi: Mübariz Tağıyev çox ədalətsiz insanmış. İki tələbəsinin əziyyətini qiymətləndirərkən, bəlkə də həyatında ən böyük haqsızlığı etdi. 60 yaşlı evdar xanımın ömrünün qürub cağında böyük səhnədə çıxış etmək arzusunu heçə endirdi. Yaşına baxmayaraq gözəl ifa əla performans nümayiş etdirən xanımı yarışmadan uzaqlaşdırdı. Neçə dəfə ondan üzr istəyib, əlini öpdü. Sonra da "sən get dedi". Yəqin kiminsə könlünü xoş etmək lazım idi. Ozanı yarışmada saxlamaqla .Ola bilər yaxşı qohumları var. Yaşlı qadını və onun uşaqlarını gözü yaşlı etməyi heç Mübariz müəllimə yaraşdırmadım. Ozan gəncdir və istedadlıdır. .Onun parlamaq üçün zamanı çoxdur. Ancaq yaşlı istedadlı xanımın son şansını heç etmək onun qəlbini parçalamaq, məncə böyük günah idi. Elə pis oldum təzyiqim 160-a qalxdı. Ağlamaqdan özümü saxlaya bilmədim. Mübariz müəllim çox ədalətsiz insansınız".