61
18:14
23 Yanvar 2016

Elgiz Mübariz Tağıyev haqda: "Ədalətsiz insandı"

Ötən gün "Səs Azərbaycan" layihəsində "Döyüşlər" mərhələsi baş tutub. Lent.az -ın məlumatına görə, Mübariz Tağıyevin komandasında yer alan Natella Mixaylova və Ozan Əhmədov “Su-Alov” adlı mahnını oxuyub. Onların ifası münsiflərin rəğbətini qazana bilib. M.Tağıyev sonda Ozan Əhmədovu seçib. N.Mixayılova isə növbəti mərhələyə çıxa bilməyib.

Xalq artistinin bu qərarı isə ANS-in aparıcısı Elgiz Əkbərin xoşuna gəlməyib: "Mübariz Tağıyev çox ədalətsiz insanmış. İki tələbəsinin əziyyətini qiymətləndirərkən, bəlkə də həyatında ən böyük haqsızlığı etdi. 60 yaşlı evdar xanımın ömrünün qürub cağında böyük səhnədə cıxış etmək arzusunu heçə endirdi. Yaşına baxmayaraq gözəl ifa əla performans nümayiş etdirən xanımı yarışmadan uzaqlaşdırdı. Neçə dəfə ondan üzr istəyib, əlini öpdü. Sonra da "sən get dedi". Yəqin kiminsə könlünü xoş etmək lazım idi. Ozanı yarışmada saxlamaqla .Ola bilər yaxşı qohumları var. Yaşlı qadını və onun uşaqlarını gözü yaşlı etməyi heç Mübariz müəllimə yaraşdırmadım. Ozan gəncdir və istedadlıdır. .Onun parlamaq üçün zamanı çoxdur. Ancaq yaşlı istedadlı xanımın son şansını heç etmək onun qəlbini parçalamaq, məncə böyük günah idi. Elə pis oldum təzyiqim 160-a qalxdı. Ağlamaqdan özümü saxlaya bilmədim. Mübariz müəllim çox ədalətsiz insansınız".