45
17:48
23 Yanvar 2016

Suares: "Neymar Messiden sonra ikinci yerdədi"

“Messi dünyanın ən yaxşı futbolçusudu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın uruqvaylı hücumçusu Luis Suares deyib. Xarici mətbuata açıqlama verən 29 yaşlı forvard komanda yoldaşları Lionel Messi və Neymarı müqayisə edib.

Suares bildirib ki, Neymar hələ Messidən öyrənir: “Messi meydanda etdikləri ilə insana zövq bəxş edir, heyrətləndirir. Adi həyatda isə təvazökar, utancaq və ciddidi. Hazırda Neymar Messidən sonra ikinci yerdədi. O, Leodan öyrənməkdə davam edir. Braziliyalı hər oyunda nəsə inanılmaz bir şey edir. Vaxt gələcək, o, dünyanın ən güclü oyunçusu olacaq”.