27
15:19
23 Yanvar 2016

Bakıda və Sumqayıtda oğrular yaxalanıb

Paytaxtda və Sumqayıtda bir neçə oğurluq hadisəsi baş verib. Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Bakı şəhər sakini Laləzar Həmidovanın evindən 18000 manat oğurlamış həmyerlisi Mirab İbrahimli tutulub.

Yanvarın 21-də isə Məcid Yusifovun cibindən 963 manat, 700 ABŞ dolları və 155 lirə pul oğurlayan şəxs saxlanılıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğuluq edən qadın, Bakı şəhər sakini Mehriban Ələkbərova tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-dan cari il yanvar ayının 22-dək olan Bakı şəhər sakini Eyvaz Muradova məxsus mağazadan açar seçmək yolu ilə 2200 manat oğurlamış Bərdə rayon sakini Zamin Muradov saxlanılıb.

Ötən ilin dekabrında Bülbülə qəsəbə sakini Gülnar Kaltayevanın evindən 1725 manat dəyərində qızıl əşyalar oğurlayan şəxs tutulub. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mətləb Məmmədov tutulub.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Mahir Əliyevə məxsus ofisdən oğurluğa cəhd göstərmiş şəhər sakinləri Samir Nəcəfov, Paşa Əkbərov və Abşeron rayon sakini Elşad Həsənov saxlanılıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 17-də Bağban Osmanova məxsus mağazadan 1500 manat oğurlamaları da müəyyən edilib.