57
13:23
23 Yanvar 2016

"Space" kanalının "Sevimli şou" verilişi bağlandı - YENİLƏNİB

“Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu verilişin bağlanması xəbərinə münasibət bildirib. Lent.az -a açıqlama verən aparıcı bildirib ki, bu qərardan xəbərsizdir: “Açığı, mənə verilişin bağlanması ilə bağlı heç bir xəbərdarlıq olunmayıb. Mən indi işdəyəm, xəbəri ilk olaraq sizdən eşidirəm. Belə məsləhət biliblərsə, yəqin, belə də lazımdır”.

***

13:20

“”Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir”.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib: “Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq”.

Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: “Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.