25
13:00
23 Yanvar 2016

SON DƏQİQƏ: Mirşahin ürək probleminə görə xəstəxanaya yerləşdirildi

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev xəstəxanaya yerləşdirilib.

Lent.az axar.az-a istinadən xəbər verir ki, tanınmış jurnalistin ürəyində ciddi problem yaranıb və o, təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

ANS Şirkətlər Qrupu prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədov faktı təsdiqləyib: "Xəbər doğrudur, Mirşahin xəstəxanaya yerləşdirilib. Hazırda danışa bilmirəm".