41
11:27
23 Yanvar 2016

"Qarabağ"ın futbolçusunun yeni klubu açıqlanıb

“Qarabağ”dan qarşılıqlı razılıq əsasında ayrılan Çumbinyonun yeni komandasının adı rəsmən bəlli olub. Apasport.az Yunanıstanın novasports.gr saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını elə bu ölkədə davam etdirəcək.

Belə ki, 30 yaşlı futbolçu sabiq komandası “Atromitos”a qayıdıb. Bu kluba azad agent kimi keçən Çumbinyo 1 il 6 aylıq müqaviləyə qol çəkib. Bu isə o deməkdi ki, “sambaçı” 2017-ci ilin yayına qədər “Atromitos”un formasını geyinəcək.

Qeyd edək ki, 2013-cü ildə “Qarabağ”a keçməmişdən öncə Çumbinyonun son klubu məhz “Atromitos” olmuşdu. Təcrübəli futbolçunun həmin vaxt transfer hüququ “Olimpiakos”a məxsus olsa da, 2012/2013 mövsümünü icarə əsasənda məhz hazırkı komandasında keçirmişdi.