20
10:13
23 Yanvar 2016

Neftçala və Şəmkirdə yanğın olub

Neftçalanın Bankə qəsəbəsində yanğın olub. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin dam örtüyündə baş verib. Yanğın zamanı damın yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Şəmkir rayonu, Qaracəmirli kəndində baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan istixananın örtüyü 15 kv.m sahədə yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.