74
04:26
23 Yanvar 2016

“Səs Azərbaycan”ı coşduran duet

“Səs Azərbaycan” layihəsində “Döyüşlər” mərhələsinə yekun vurulub.

Lent.az -ın "oxu.az"-a istinadən xəbərinə görə, bu mərhələnin son duetində Mübariz Tağıyevin komandasında yer alan Natella Mixaylova və Ozan Əhmədov öz ifaları ilə münsifləri və tamaşaçıları coşdurub.

Onlar “Su-Alov” mahnısını səsləndiriblər.

Komanda rəhbəri Mübariz Tağıyevin seçimi Ozan Əhmədov olub. Natella Mixaylova müsabiqəni tərk etməli olub.