39
18:47
22 Yanvar 2016

ABŞ Suriya və İraqda quru əməliyyatlarına başlayır

“Koalisiya qüvvələri İŞİD-lə daha effektli mübarizə aparmaq üçünSuriyaİraqda quru qüvvələrindən istifadə etməyə qərar verib".

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib. O bildirib ki,İraqSuriyada İŞİD-lə mübarizə strategiyası çərçivəsində yerüstü əməliyyatlar da keçiriləcək: “Biz daha çox işlər görmək istəyirik, çünki biz İŞİD-ə qalib gəlməliyik. Mən əminəm ki, buna nail olacağıq, lakin mən prosesi sürətləndirmək istəyirəm”.

K. Eşton İŞİD-i İraqın Mosul və Suriyanın Rakka şəhərlərindən çıxarmaq istədiklərini söyləyib.