49
17:53
22 Yanvar 2016

Elnarə Abdullayeva: "Heç vaxt restoranda toy etmərəm"

Əməkdar artist Elnarə Abdullayeva maraqlı açıqlama ilə diqqət çəkib. Lent.az -ın məlumatına görə, “Deməsək olmaz” verilişinə qonaq olan ifaçı bildirib ki, heç vaxt restoranda toy etməyəcək: “İki il bundan əvvəl anam dedi ki, “Atan öldü, sən övladına toy etmədin”. Bir oxuyanı, tanınanı belə toya dəvət etmədim. Ancaq bacı-qardaş oldu. Musiqiçilərə dedim ki, “Yad bir insanın toyudur, neçəyə gəlib oxuyarsınız?” Pullarını verdim, gəldilər. Ağıllarına da gəlmədi ki, mənim uşağımın kiçik toyudur. Evdəkilərə də dedim ki, gəlib oturacaqsınız ağacın altında, ancaq kabab yeyəcəksiniz. Göy-göyərti yuyun qoyun stola. Mən heç vaxt restoranda toy etmərəm. Uşağam restoranda toy edim? Dədə-babadan adətimiz var: həyətdə çalıb-oxuyurlar ki, obadakı bədbinlik çıxsın”.