23
15:21
22 Yanvar 2016

İran-Azərbaycan sərhədində 3 bal gücündə zəlzələ olub

İran-Azərbaycan sərhədində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az -a verilən məlumata görə, zəlzələ yerli vaxtla 14:41:54-də Beyləqan- İran sərhədində olub. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 3.9, dərinliyi 28 km olub.