18
12:47
22 Yanvar 2016

Nərimanovdakı parkda əməliyyat: pul alarkən yaxalandılar

Bakıda vətəndaşdan hədə-qorxu yolu ilə pul alan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Ramil Məmmədovdan hədə-qorxu gələrək 5000 manat tələb etmiş Cəlilabad rayon sakinləri Mahir Rzayev və Şamo Cəfərov pulun bir hissəsini Nərimanov rayonu ərazisindəki parkda ondan alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırma aparılır.