25
12:34
22 Yanvar 2016

DİN maskalı şəxslərin törətdiyi cinayətlə bağlı məlumat yaydı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Abşeron rayonunda törədilmiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Xırdalan şəhərində yaşayan Cabir Nəbiyevin evinə girib onu və oğlu Ələsgəri döyərək oradan 650 manat və 17560 manat dəyərində qızıl və gümüş əşyalar aparmış şəxslər müəyyən edilib. Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulmuş, digər şəxsin kimliyi isə dəqiqləşdirilib. Araşdırmalar davam etdirilir.

*****

11:52

Abşerona yaşayış evinə basqın olub.

Abşeron rayon Polis Şöbəsindən APA -ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsi, ev 77 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Cabir Nəbiyevin evinə girən maskalı və əlisilahlı 3 nəfər ev sahibini və onun oğlu Ələsgər Nəbiyevi döyərək əl-qolunu və ağzını yapışqanla bağlayıblar. Maskalı şəxslər evdən 23 min manat pul və qızıl-zinət əşyalarını götürərək mənzili tərk ediblər.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulublar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.