33
13:16
22 Yanvar 2016

Ağdaşda özünü asan 2 uşaq atası vəzifəli şəxsin oğlu imiş - YENİLƏNİB

APA-nın xəbərinə görə, Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

**

11:00

Ağdaş rayonunda intihar hadisəsi baş verib. Lent.az -ın məlumatına görə, rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Bildirilir ki, T.Allahverdiyev ailəli, 2 uşaq atası olub. Onun banka xeyli kredit borcu varmış.