23
06:27
22 Yanvar 2016

İsrail ABŞ-dan hərbi yardımın artırılmasını istəyir

İsrail İranın sanksiyaların ləğvindən sonra artan imkanlarını tarazlaşdırmaq üçün ABŞ-ın hərbi yardımının artırılacağına ümid edir. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

Davos İqtisadi Forumda çıxışı zamanı Netanyahu növbəti 10 il müddətinə hesablanmış müvafiq sazişin artıq gələn ay imzalanacağına ümidvar olduğunu bildirib.

“İran təcavüzkarlığının dayandırılması üçün ən təsirli vasitə Amerikanın müttəfiqlərinin gücləndirilməsidir. Məhz İsrail ABŞ-ın birinci və əsas müttəfiqidir. Biz hazırda ABŞ-la bu barədə danışıqlar aparırıq. Mən hazırda prezident Barak Obama ilə növbəti 10 il üçün qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasına dair danışıqlar aparıram”, deyə Netanyahu qeyd edib.

İsrail hökumətinin rəhbəri xatırladıb ki, 2017-ci ildə başa çatacaq hazırkı sazişdə İsrailin ABŞ-dan ildə 3,1 mlrd dəyərində hərbi yardım alması nəzərdə tutulub.

“Biz daha geniş paket ətrafında müzakirələr aparırıq. Lakin anlamaq lazımdır ki, 10 il müddətə hesablanmış məbləğ İranın əldə etdiyi vəsaitlər qarşısında çox cüzidir”, deyə baş nazir qeyd edib.

Netanyahu Davosda ABŞ-ın vitse-prezidenti Co Bayden və baş katibi Con Kerri ilə görüşüb.

ABŞ nümayəndə heyəti hərbi yardımı müzakirə etmək məqsədi ilə gələn həftə İsrailə səfər edəcək.