31
04:53
22 Yanvar 2016

Davudoğludan Suriya danışıqlarına dair sərt bəyanat

Terrorçu qruplaşmalar Suriyadakı böhranın nizamlanması üzrə danışıqların iştirakçısı ola bilməzlər. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Davos İqtisadi Forumda çıxışı zamanı deyib.

“Biz Suriya üzrə bütün təşəbbüslərə hazırıq, danışıqlarda mötədil müxalifət təmsil olunmalıdır, lakin terrorçu qruplaşmalar Suriyadakı böhranın nizamlanması üzrə danışıqların iştirakçısı ola bilməzlər”, deyə Davudoğlu bildirib.

Onun sözlərinə görə, Ankara İŞİD və PKK terror qruplaşmaları arasında heç bir fərq qoymur.