32
03:20
22 Yanvar 2016

Bu ölkələrə səfər etmiş şəxslər ABŞ-a vizasız buraxılmayacaqlar

ABŞ-ın daxili təhlükəsizlik nazirliyi İran, İraq, Suriya və Sudana 2011-ci ildən sonra səfər etmiş şəxslərə ölkəyə vizasız girişinə qadağa qoyub.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qeyd olunan ölkələrə diplomatik və ya hərbi məqsədlə getmiş şəxslərə qadağa şamil olunmur.

Həmçinin, ikili vətəndaşlığı olan şəxslərin (sadalanan ölkələrin də vətəndaşlığı olduqda) ölkəyə vizasız girişinə qadağa qoyulub.

Məlumata görə, dəyişikliklər ABŞ-ın antiterror qanunvericiliyinin normalarına uyğun olaraq edilib.

Yeni normaların təsirinə düşən şəxslər ABŞ-a səfər etdikdə viza almaq üçün ümumi qaydalarla müraciət etməli olacaqlar.