33
01:44
22 Yanvar 2016

Qahirədə partlayış: 10 ölü, 15 yaralı - YENİLƏNİB

Misirin paytaxtı Qahirədə törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 13 nəfər yaralanıb. APA -nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Misir DİN-i partlayış törətməkdə “Müsəlman qardaşlar” hərəkatının üzvlərini şübhəli bilir.

Məlumata görə, polis əməkdaşları Gizə rayonunda, Ehramlara aparan küçədəki mənzillərin birində bir qrup silahlının olması barədə məlumat əldə ediblər. DİN-in məlumatına görə, gizli qrup ictimai yerlərdə partlayışlar törətməyi planlaşdırıblar.

++++ 01.44

Qahirənin Giza rayonunda Ehramlara aparan küçədə yerləşən çoxmərtəbəli binanın mənzillərinin birində baş verən güclü partlayış nəticəsində 6 adam həlak olub, 20 nəfərdən çox yaralanıb.

AZƏRTAC-ın yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, polisə binada bir qrup terrorçunun partlayıcı qurğu istehsal edən mini-fabrik təşkil etdiyi barədə siqnal daxil olub. Hadisə yerinə gələn polislər bir neçə əldəqayırma partlayıcı qurğu aşkar ediblər. Onlardan birini zərərsizləşdirmək istəyərkən güclü partlayış baş verib.

Xəbər verilir ki, həlak olan arasında Misir Daxili İşlər Nazirliyinin azı iki polis zabiti var. Bundan əlavə zərərçəkənlər arasında bir neçə polis əməkdaşı, o cümlədən Giza kriminal idarəsinin başçısı, habelə yaxınlıqdakı evlərin sakinləri də var.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları istintaq tədbirləri həyata keçirirlər.