36
15:31
21 Yanvar 2016

İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşdü

Prezident İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, Davosda keçirilən görüşdə “Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi də aparılıb.