52
10:30
21 Yanvar 2016

Azərbaycanlı müğənni tacı ayağının altına qoyub, tapdaladı

Müğənni Lətifə Soyuöz “Falan filan” adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib. Lent.az -ın məlumatına görə, bəstənin söz və musiqisi Günel Sərdarqızına məxsusdur. Ekran işindəki maraqlı məqamlardan biri L.Soyuözün bir çox müğənnilərin başına qoyduğu tacı ayağının altına qoyub, tapdalamasıdır. İfaçı bunun rejissorun ideyası olduğunu bildirib: “Növbəti bahalı klipə imza atdım. Rejissor işi Anar Hüseynova məxsusdur. O, nə istədisə, hamısını etdim. Geyimlərim üzərində Renat Ramazanov çalışıb. Klipin hazırlıq prosesi 8 ay davam etdi. Klip kinokameraya çəkilib. Ekran işi üzərində 50 nəfərdən ibarət heyət çalışıb”.