37
10:14
21 Yanvar 2016

SAT imtahanının müsabiqə şərtləri açıqlandı

TQDK SAT imtahanı vasitəsilə ADA Universitetinin bakalavr ixtisaslarına aparılacaq qəbulun müsabiqə şərtlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün üçün ADA Universitetinin bakalavr ixtisaslarına qəbulun müsabiqəsinə SAT imtahanından köhnə bal şkalası ilə 1500 bal (yazı hissəsinin balı xaric), yeni (Redisgned SAT-nin) bal şkalası ilə 1000 (yazı hissəsinin balı xaric) minimum bal toplayan abituriyentlərin də buraxılması nəzərdə tutulub.

Qəbulun növbəti mərhələsi hesab olunan müsahibə ADA Universiteti tərəfindən aparılacaq.