23
09:14
21 Yanvar 2016

“Anadolu” restoranında YANĞIN

Bakının Səbail rayonunda restoranda yanğın hadisəsi baş verib. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Anadolu" restoranının mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü 2 poqonmetr yanıb.

Restoran yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.