26
06:31
21 Yanvar 2016

Dünyanın ən çox qazanan klubları - SİYAHI

"Deloitte" şirkəti 2015-ci ildə ən çoх gəlir əldə edən 20 futbol klubunun adını açıqlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, siyahıya ötən il olduğu kimi Madridin "Real" klubu başçılıq edir (557 milyon avro).

"Real"dan sonra ən çox qazanan klub “Barselona” klubudur (560,8 milyon avro). Üçüncü yerdə isə İngiltərənin “Mançester Yunayted” klubu qərarlaşıb (519,5 milyon avro).

İlk onluqda həmçinin “Pari Sen Jermen” (Fransa), “Bavariya” (Almaniya), “Mançester Siti”, ”Arsenal”, “Çelsi”, “Liverpul” (İngiltərə) və “Yuventus” yer alır.

Qeyd edək ki, 20 ən çox qazanan klubların siyahısında İngiltərə premyer-liqasının 9 təmsilçisinin adı var.