34
04:20
21 Yanvar 2016

Braziliyada təyyarə avtomobilin üstünə düşdü: 5 ölü, 5 yaralı

Braziliyada yüngül motorlu təyyarənin avtomobilin üstünə düşməsi nəticəsində azı 5 nəfər ölüb, daha 5-i xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Londrina şəhərində qeydə alınıb.

Məlumata əsasən, hadisə təyyarənin kənd təsərrüfatı işləri ilə məşğul olduğu zaman baş verib. Maşında isə yaxınlıqdakı avtomagistralı təmir edən fəhlələr olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.