27
21:37
20 Yanvar 2016

Tokioda avtobus dirəyə çırpıldı: 28 yaralı

Yaponiya paytaxtının mərkəzində turizm avtobusu dirəyə çırpılıb. APA -nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində azı 28 nəfər xəsarət alıb.

Onların həyatlarına təhlükə olmadığı bildirilir. Hadisə yerinə polis cəlb edilib, avtobusun sürücüsü saxlanılıb.

Qeyd edək ki, yanvarın 15-də Tokiodan Naqanoya yollanan turizm avtobusunun sıldırıma düşməsi nəticəsində 14 nəfər ölmüş, 27 nəfər xəsarət almışdı.