64
15:08
20 Yanvar 2016

Məşhur türk müğənnisi əlil arabasında

Məşhur türk müğənnisi Zərrin Özerlə bağlı hər kəsi üzəcək xəbər yayılıb.

Lent.az -ın sözcü.com.tr-a istinadən məlumatına görə, sənətçi onu əməliyyat edən həkimin səhvi və həyəcanı ucbatından yeriməkdən məhrum olub və artıq əlil arabasına məhkumdur.

Məsələ ilə bağlı detallı açıqlama verən. Z.Özer bunları deyib:

“ Uzun müddət əvvəl Almaniyada hava limanında çox kəskin şəkildə yıxılmışdım. Dərhal həkimə getdim və ilk nəticələrə görə "bir az əzilib" dedilər. Sonra yenə yıxıldım. Eyni bölgə daha çox zərə gördü. Arada ağrıyıb, kəsirdi. Bir müddət sonra evdə axşam itimə ilişərək yenə yıxıldım.

Aradan 1-2 gün keçmişdi ki, ağrılara dözə bilmədiyim üçün həkimə getdim. Müayinədən sonra müəyyən oldu ki, ayağımın diski partlayıb, sinirə yapışıb”.

Həkimin dərhal əməliyyat təklif etdiyini deyən müğənni əməliyyatdan sonra həkimin ona dediklərindən şok olduğunu bildirib: “ Əməliyyat olundum və əməliyyat sonrası yanıma gələn həkim, “mən bu işi bacara bilmədim. Sənətçi olduğunuz üçün əməliyyatı edəndə çox həyəcanlandım”, deyə etiraf etdi. Sən demə, əməliyyat zamanı qayçı sınıb və bir parçası içəridə qalıb, ona görə ikinci əməliyyat lazım imiş".

Xəstəxananı tərk edib başqa həkimin yanına gedən Z.Özerin ayağına 6 mismar taxılıb. Hazırda sağ ayağını hərəkət etdirə bilmir. Tam 6 ay bacısının köməyi ilə fizioterapiya keçib.

“Bağışlayın, amma hələ də kimlərdənsə yapışıb tualetə gedə bilirəm”, - deyə ifaçı etiraf edib.