18
14:38
20 Yanvar 2016

"Lerikdə quru ot və kol örtüyü yanıb" - NAZİRLİK

Bu gün səhər saat 09.00 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayının 62-cı kvartalında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, yuanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində qısa müddət ərzində söndürülüb.

Baş verən yanğın 60 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

İlkin ehtimala görə, yanğın Babagil Piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib.