20
14:29
20 Yanvar 2016

İdxal olunan 1 tonadək keyfiyyətsiz kartof məhv edilib

"Kartof məhsullarının yalnız dövlət qeydiyyatından keçmiş sortları idxal olunur. İdxal olunan məhsullar həm keyfiyyət, həm də digər göstəricilərə görə karantin nöqteyi-nəzərindən araşdırılır".

APA-nın məlumatına görə, bunuKənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Fitosanitar Xidmətinin rəisi Camal Quliyev deyib.

O bildirib ki, aparılan araşdırmalar nəticəsində müəyyən məhsulların geri qaytarılması və ya məhv edilməsi prosesi həyata keçirilir: "Bu il ərzində 948 kiloqram kartof keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün məhv edilib".