17
14:30
20 Yanvar 2016

Saxta əskinas satan şəxs tutuldu

Saxta əskinas satışı ilə məşğul olan Biləcəri qəsəbə sakini polislər tərəfindən ələ keçirilib.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satmasını bildirib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılıb, ondan 5000 rubl saxta əskinas götürülüb.