23
14:23
20 Yanvar 2016

Bakıda avtomobillə 2 qadın vuruldu: 1 ölü

Xətai rayonunun S.Vəzirov küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Türkanə Məhərrəmova vurulub.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 19-da saat 09 radələrində baş verən hadisə zamanı yolu keçərkən xəsarət alan T.Məhərrəmovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bundan başqa, Suraxanıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, dünən saat 23 radələrində Suraxanı qəsəbəsində Bakı şəhər sakini Namiq Tağıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Nuranə Mahmudovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.