39
13:26
20 Yanvar 2016

Musa Pənahov: "Avtovağzalda sürüşmə prosesi dayanıb"

“Bakı Beynəlxalq Avtovağzalı qarşısında baş verən sürüşmə dayanıb. Orada bərkitmə işləri aparılıb”.

APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavini bərkitmə işlərinin hazırda da davam etdirildiyini açıqlayıb. Onun sözlərinə görə, bu proses yaxın zamanlarda yekunlaşacaq.