40
03:22
20 Yanvar 2016

Tbb müəssisəsinin rentgen otağında yanğın olub

Bakıda tibb müəssisəsində yanğın baş verib. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda beşmərtəbəli tibb müəssisəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 8 kv.m. olan rentgen otağında baş verib. Nəticədə rentgen otağında lambirdən ibarət tavan 4 kv. m. sahədə və UPS aparatının hər birinin gücü 12 Vt olan 4 ədəd akkumulyatoru yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.